AZ

GAC S7 modeli Azərbaycanda təqdim olunub

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

11 iyun tarixində Bakıda, "GAC Showroom"da keçirilən xüsusi tədbirdə "GAC Motor"un yeni modeli - "GAC S7" ilk dəfə ictimaiyyətə təqdim olunub. Tədbirin təşkilatçısı "GAC" brendinin Azərbaycandakı yeganə və rəsmi distribütoru olan "Auto Azərbaycan" şirkəti olub.

Gecədə media nümayəndələri, avtomobil həvəskarları və dəvətli qonaqlar iştirak ediblər. Təqdimat zamanı "GAC Motor"un qlobal avtomobil sənayesindəki mövqeyi və innovativ yanaşmaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, "GAC" - texnologiya, keyfiyyət və dizayn sahəsində sürətlə yüksələn Çin brendidir. Şirkət "Emzoom", "Emkoo", "GS8", "ES9", "M8" modelləri ilə yanaşı, "Aion ES" və "Aion S Max" kimi elektrikli seriyası ilə də bazarda mühüm yer tutur.

Tədbirdə "Auto Azərbaycan" şirkətinin baş direktoru Emil İsmayılov çıxış edərək "GAC" brendinin Azərbaycandakı inkişaf perspektivlərindən söz açıb. Ardınca isə "GAC S7" modelinin ilk rəsmi nümayişi baş tutub.

Yeni model haqqında məlumat verən "Auto Azərbaycan" şirkətinin texniki meneceri Şamxal Yusifov bildirib ki, "GAC S7" təkcə texniki göstəriciləri ilə deyil, həm də estetik dizaynı və sürücüyönümlü funksiyaları ilə böyük maraq doğurub:

"Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə "GAC S7" öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir. Təhlükəsizlik və idarəetmə sistemləri baxımından da model güclü təchizata malikdir - 540° kamera görünüşü, 11 ədəd kamera, səsli idarəetmə funksiyası və 22 səsgücləndirici ilə "GAC S7", sürücü və sərnişinlərə tam fərqli bir təcrübə vəd edir".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Tədbir interaktiv şəkildə davam edib. Qonaqlara test sürüşü zamanı "GAC S7"ni şəxsən sınaqdan keçirmək imkanı yaradılıb.

"GAC S7" təqdimatı texnologiya və dizayna maraq göstərən hər kəs üçün yaddaqalan və dinamik bir avtomobil gecəsi olub.

Ətraflı məlumat üçün:

www.gacmotor.az

Telefon: +994 (050) 400 09 89

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
oxu.az

3Mənbələr