AZ

GAC S7 modeli Azərbaycanda təqdim olundu -Fotolar

GAC S7 modeli Azərbaycanda təqdim olundu!

11 iyun tarixində Bakıda, GAC Showroom-da keçirilən xüsusi tədbirdə GAC Motor-un yeni modeli – GAC S7 ilk dəfə ictimaiyyətə təqdim olundu. Tədbirin təşkilatçısı GAC brendinin Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkəti idi.

Gecədə media nümayəndələri, avtomobil həvəskarları və dəvətli qonaqlar iştirak etdilər. Təqdimat zamanı GAC Motor-un qlobal avtomobil sənayesindəki mövqeyi və innovativ yanaşmaları haqqında ətraflı məlumat verildi. Bildirildi ki, GAC – texnologiya, keyfiyyət və dizayn sahəsində sürətlə yüksələn Çin brendidir. Şirkət Emzoom, Emkoo, GS8, ES9, M8 modelləri ilə yanaşı, Aion ES və Aion S Max kimi elektrikli seriyası ilə də bazarda mühüm yer tutur.

Tədbirdə “Auto Azərbaycan” şirkətinin baş direktoru Emil İsmayılov çıxış edərək GAC brendinin Azərbaycandakı inkişaf perspektivlərindən söz açdı. Ardınca GAC S7 modelinin ilk rəsmi nümayişi baş tutdu.

Auto Azərbaycan şirkətinin texniki meneceri Şamxal Yusifov yeni model haqqında məlumat verərkən bunları qeyd etti “GAC S7, təkcə texniki göstəriciləri ilə deyil, həm də estetik dizaynı və sürücü yönümlü funksiyaları ilə böyük maraq doğurdu. Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə GAC S7 öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir. Təhlükəsizlik və idarəetmə sistemləri baxımından da model güclü təchizata malikdir – 540° kamera görünüşü, 11 ədəd kamera, səsli idarəetmə funksiyası və 22 səsgücləndirici ilə GAC S7, sürücü və sərnişinlərə tam fərqli bir təcrübə vəd edir”.

Tədbir interaktiv şəkildə davam etdi. Qonaqlara test sürüşü zamanı GAC S7-ni şəxsən sınaqdan keçirmək imkanı yaradıldı.

GAC S7 təqdimatı texnologiya və dizayna maraq göstərən hər kəs üçün yadda qalan və dinamik bir avtomobil gecəsi oldu.

Ətraflı məlumat üçün:
www.gacmotor.az
Telefon: +994 (050) 400 09 89















Seçilən
11
2
qafqazinfo.az

3Mənbələr