AZ

İran İsrailə cavab raket zərbəsi planı hazırlayıb

“New York Times” yazır ki, İran hakimiyyəti İsrailə onların tərəfdən hücum olacağı təqdirdə ona cavab raket zərbəsi endirmək planı hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, cavabın yüzlərlə ballistik raketin istifadəsini əhatə edəcəyi gözlənilir.

Bundan əvvəl İsrailin İranda hərbi əməliyyata başlamağa tam hazır olduğu məlum olub. Eyni zamanda, Ağ Ev hesab edir ki, İran İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə bilər .

Bundan əvvəl Yaxın Şərqdəki bütün Amerika bazalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilirdi. Pentaqon nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrandan potensial zərbə gözləyir.

Seçilən
19
1
nocomment.az

2Mənbələr