İran və İsrail münasibəti GƏRGİNLƏŞDİ: DƏHŞƏTLİ PLAN
Ajans.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Cavabın yüzlərlə ballistik raketin istifadəsini əhatə edəcəyi gözlənilir. Bundan əvvəl İsrailin İranda hərbi əməliyyata başlamağa tam hazır olduğu məlum olub. Eyni zamanda, Ağ Ev hesab edir ki, İran İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə bilər. Bundan əvvəl Yaxın Şərqdəki bütün Amerika bazalarının tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilirdi. Pentaqon nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrandan potensial zərbə gözləyir.