İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində İsraili hədəf alan bəyanatla çıxış edib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir. "Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq", - o qeyd edib.
Mətləb Salahov