Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib.
"Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq", - o qeyd edib.
Zərintac Mayisqızı Missiya.Az