AZ

ABŞ və Avropa hələ indi Çinlə daha ağıllı siyasət aparmağa başlayırlar, Çini Rusiyadan qoparmağın nisbətən real yolu budur....


"ABŞ və Avropa birliyi yalnız indi Çinlə bağlı nisbətən ən düzgün və strateji siyasət kursuna dönür.Hər addımda Çini sıxmaq nəyə lazım idi ki, o da hər sıxıldlqca gedib Rusiya ilə eyni mövqeyə daha çox sığınsın?!"
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.A.Quliyev daha sonra yazır: "Əsas hədəf Rusiyanı dünyada təkləməkdirsə, onun yolu Çini sıxmaq deyildi.Bir yandan Avropa Çin maşınlarına böyük vergi qoydu, nədi -nədi Çinin maşınları daha kasıbyana modellər olduğu üçün Avropanın yerli avtomobillərini bazarda sürətlə sıxışdırdı. 1- 2 milyonluq qiymətində avtomobil buraxanda Avropa istehsalçıları bilmirdilər ki, bir gün Çin daha sosial səviyyəli avtomobillər buraxmaqla Avropa brendlərinin bazarını şikəst edəcək?! 1-2 milyonluq maşınlar əksəriyyət üçün yox, ərəb dünyasında və Afrika qitəsində kök salmış avtoritar- diktator ailələrinin "kefəqulu " uşaqları və qohum -əqrəbələri üçündür.Belə istehsal hədəfinə yönəlmək bazarda gec- tez uğursuzluq gətirməli idi.
Seçilən
38
baki-xeber.com

1Mənbələr