"ABŞ və Avropa birliyi yalnız indi Çinlə bağlı nisbətən ən düzgün və strateji siyasət kursuna dönür.Hər addımda Çini sıxmaq nəyə lazım idi ki, o da hər sıxıldlqca gedib Rusiya ilə eyni mövqeyə daha çox sığınsın?!"
Bu fikirləri "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.A.Quliyev daha sonra yazır: "Əsas hədəf Rusiyanı dünyada təkləməkdirsə, onun yolu Çini sıxmaq deyildi.Bir yandan Avropa Çin maşınlarına böyük vergi qoydu, nədi -nədi Çinin maşınları daha kasıbyana modellər olduğu üçün Avropanın yerli avtomobillərini bazarda sürətlə sıxışdırdı. 1- 2 milyonluq qiymətində avtomobil buraxanda Avropa istehsalçıları bilmirdilər ki, bir gün Çin daha sosial səviyyəli avtomobillər buraxmaqla Avropa brendlərinin bazarını şikəst edəcək?! 1-2 milyonluq maşınlar əksəriyyət üçün yox, ərəb dünyasında və Afrika qitəsində kök salmış avtoritar- diktator ailələrinin "kefəqulu " uşaqları və qohum -əqrəbələri üçündür.Belə istehsal hədəfinə yönəlmək bazarda gec- tez uğursuzluq gətirməli idi.