AZ

"İnter Mayami"nin klublararası dünya çempionatı üçün HEYƏTİ

ABŞ-nin "İnter Mayami" klubu 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, yekun siyahıda əvvəllər “Barselona”da birgə çıxış etmiş ulduz futbolçular - Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba da yer alıb.

Turnir iyunun 15-də "İnter Mayami"nin Misir "Əl Əhli"si ilə qarşılaşacağı açılış oyunu ilə başlayacaq. MLS komandası qrup mərhələsində, həmçinin "Porto" (Portuqaliya) və "Palmeyras" (Braziliya) komandaları ilə qarşılaşacaq. Çempionat iyulun 13-də başa çatacaq.

Qeyd edək ki, yeni formatda 32 klub 8 qrupda mübarizə aparacaq. Hər qrupdan 2 ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.

İdman.biz

Seçilən
32
2
idman.biz

3Mənbələr