AZ

Orta məktəbin döşəməsi çöküb, şagirdlər təxliyə edilib

Xaçmazda orta məktəbin döşəməsi çöküb.

Azreform.info Modern.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Seçilən
34
16
azreform.info

10Mənbələr