AZ

Şagirdlər məktəbdən uzaqlaşdırıldı

Xaçmazda orta məktəbin döşəməsi çöküb. Metbuat.az Ajans.az-a istinadən bildirir ki, hadisə rayonun Qobuqıraq kənd orta məktəbində siniflərdən birində baş verib. Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər. "Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Seçilən
0
16
metbuat.az

10Mənbələr