AZ

Məktəbdə döşəmə çökdü, şagirdlər başqa sinfə köçürüldü - RƏSMİ

İyunun 11-də Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Seçilən
78
2
sitat.info

10Mənbələr