Bakı.Trend:
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndəheyətinin Keniyaya işgüzar səfəri başa çatıb.
Trend BaşProkurorluğa istinadən xəbər verir ki, İyunun 10-da Mombasaşəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzvölkələrin baş prokurorlarının 23-cü Konfransı başlayıb.
Konfransın açılış mərasimində Keniya və Avstraliya dövlətprokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycanprokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismindəiştirakını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq hüquqiəməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar.
Daha sonra Baş prokuror Kamran Əliyev cinayət təqibinə qədərterrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsrolunmuş əsas sessiyaya sədrlik edib. İclasda radikallaşmanınqarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkənmüdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
Kamran Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğunmaliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqlamübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyivurğulayıb, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi iləölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumatverib.
Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliyaştatının Baş prokuroru Martin Kinton və Böyük Britaniya AliKomissiyasının Nayrobidəki müşaviri Cenifer Ridel çıxış ediblər.Panel müzakirələrində radikallaşma və zorakı ekstremizminqarşısının alınması sahəsində prokurorluq orqanlarının tətbiqetdiyi preventiv müdaxilə mexanizmləri üzrə milli təcrübələrbölüşülüb.
Konfrans çərçivəsində Baş prokuror Birləşmiş Krallıq,Avstraliya, Uqanda, Tanzaniya, Zimbabve, Seyşel Adaları və digərölkələrin baş prokurorları ilə ikitərəfli görüşlər keçirərəkcinayətkarlıqla mübarizədə təcrübə mübadiləsi, hüquqi əməkdaşlığınvə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları barədəmüzakirələr aparıb. Kamran Əliyev Keniyanın yerli medianümayəndələrinə müsahibə verib.
Nümayəndə heyətinin Keniyaya işgüzar səfəri başa çatıb.