AZ

Braziliya millisi DÇ-2026-ya vəsiqə qazandı

Braziliya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

 Karlo Ançelottinin yeni komandası bu gün San-Paulu şəhərindəki "Neo Quimica Arena"da DÇ-2026-nın Cənubi Amerika seçmə turnirinin 16-cı turunda Paraqvayla qarşılaşıb. Braziliya matçda 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 44-cü dəqiqədə "Real"ın cinah oyunçusu Vinisius Junior vurub .

Beləliklə, Braziliya millisi16 oyundan sonra xallarını 25-ə çatdırıb və 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqəni rəsmiləşdirib. Seçmə mərhələsinin başa çatmasına 2 tur qalmış Braziliya 7-ci yerdə olan Venesuelanı 7 xal qabaqlayır və 2-ci pillədə qərarlaşır.

Əsasnaməyə görə, ilk 6 pillə muniala birbaşa vəsiqə qazanır. 7-ci yeri tutan komanda isəpley-offa vəsiqə təmin edir.

Seçilən
35
3
sitat.info

4Mənbələr