AZ

Braziliya millisi DÇ-yə vəsiqə qazandı

Braziliya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, Karlo Ançelottinin yeni komandası bu gün San-Paulu şəhərindəki "Neo Quimica Arena"da DÇ-2026-nın Cənubi Amerika seçmə turnirinin 16-cı turunda Paraqvayla qarşılaşıb. Braziliya matçda 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 44-cü dəqiqədə "Real"ın cinah oyunçusu Vinisius Junior vurub .

Beləliklə, Braziliya millisi16 oyundan sonra xallarını 25-ə çatdırıb və 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına vəsiqəni rəsmiləşdirib.

 


Telegram kanalımız
Seçilən
52
3
yenisabah.az

4Mənbələr