AZ

Aygün Əliyeva: QHT-lərin “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə indiki fəallığı heç vaxt olmayıb

QHT-lərin “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə indiki fəallığı heç vaxt olmayıb.

Bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə icra edilən layihələrə dair brifinqdə deyib.

Onun sözlərinə görə, artıq üç ildir “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir:

“Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib".

Seçilən
56
9
aznews.az

10Mənbələr