Bakı.Trend:
"Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54təşəbbüs dəstəklənib.
Trend xəbərverir ki, bunu “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilənQHT layihələri bağlı ictimai hesabat xarakterli brifinqdə QHT-lərəDövlət Dəstəyi Fondunun icraçı direktoru Aygün Əliyeva deyib.
Aygün Əliyeva bildirib ki, artıq 3 ildir ki, “Qərbi Azərbaycanaqayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritetistiqamətlərindən biridir:
"Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindənqovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülhyolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya -"Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54təşəbbüsü dəstəklənib.
Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə -BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bumövzuda məsələlər qaldırıb, ictimai müzakirələr açıb, yan tədbirlərtəşkil etməyə nail olublar".
Onun sözlərinə görə, ümumilikdə, bu tədbirlər ABŞ, Belçika,İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimiölkələri əhatə edib:
“Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indikimiqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyətitəsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurunazadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, buümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbəredir”.