AZ

Lukaku qol vurdu, 5-ci sıraya yüksəldi

Belçika millisi DÇ-2026-nın seçmə mərhələsinin J qrupunda Uels komandasına qalib gəlib - 4:3.

Publika.az xəbər verir ki, “qırmızı şeytanlar”ın forvardı Romelu Lukaku britaniyalıların qapısına penaltidən qol vuraraq, millinin heyətində 89-cu dəfə fərqlənib.

Belçikalı futbolçu dünyanın ən yaxşı milli komandasının bombardirləri arasında beşinci yerə yüksəlib. O, altıncı pillədə qərarlaşan malayziyalı Moxtar Dahari ilə eyni sayda qol vurub. Lukaku 124, Dahari isə 142 oyunda bu göstəriciyə çatıb.

O, yalnız Kriştiano Ronaldo (Portuqaliya, 138), Lionel Messi (Argentina, 112), Əli Daei (İran, 108) və Sunil Çxetridən (Hindistan, 95) geri qalır.

Seçilən
113
50
publika.az

10Mənbələr