AZ

Volkovun komandası heç-heçə etdi

“Zirə”nin futbolçusu Davit Volkov Gürcüstan millisində növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, Villi Sanyolun çalışdırdığı komanda Kabo Verde ilə yoldaşlıq matçında üz-üzə gəlib.

Kutaisidəki Ramaz Şengeliya adına stadionda keçirilən görüş heç-heçə başa çatıb - 1:1.

Oyunda hesabı gürcülər açıb. 45+1-ci dəqiqədə Saba Lobjanidze fərqlənib. Afrika təmsilçisi 80-ci dəqiqəqədə Ryan Mendesin penaltidən vurduğu qolla məğlubiyyətdən qaçıb.

Matça ehtiyatdan başlayan Davit Volkov isə 54-cü dəqiqədə Girogi Kvilitaianın əvəzinə meydana daxil olub.

Seçilən
93
27
football-plus.az

10Mənbələr