AZ

Tramp administrasiyasını məhkəməyə veriblər

Tramp

Kaliforniya iğtişaşları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın yerləşdirilməsi qərarına görə ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.

Reying.az
-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

San-Fransiskoda federal məhkəməyə verilən iddiada deyilir:

“Prezident Tramp dəfələrlə öz qanuni icra hakimiyyətini ləğv etmək üçün fövqəladə vəziyyət səlahiyyətlərinə müraciət edib”.

Sənəddə həmçinin hakimdən xahiş olunur ki, Kaliforniya qubernatorunun icazəsi olmadan Donald Trampın Milli Qvardiyanın yerləşdirilməsinə dair əmrini ləğv etsin.

Xatırladaq ki, bundan əvvəl Tramp Los-Ancelesdəki etirazları dağıtmaq üçün ABŞ Milli Qvardiyasının iki min əsgərinin yerləşdirilməsi haqqında memorandum imzalayıb. Kaliforniya qubernatoru isə Amerika liderinin qərarını “qəsdən təxribat” adlandırmış və məhkəməyə müraciət etməklə hədələmişdi.

E. KAMAL
Seçilən
100
50
reyting.az

10Mənbələr