AZ

Donald Trampa qarşı məhkəmə iddiası qaldırıldı

Kaliforniya ştatı və qubernator Qevin Nyusom ABŞ prezidenti Donald Tramp, Pentaqon və müdafiə naziri Pit Heqsetə qarşı iddia qaldırıb.

Ştat hakimiyyəti etirazları yatırmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi qərarının konstitusiyaya zidd olduğunu iddia edir: “Təsisçilər Konstitusiyamızda bu prinsipləri təsbit edirlər – hökumət öz xalqı qarşısında cavabdeh olmalı, qanunun aliliyi və hərbi deyil, mülki hakimiyyət tərəfindən idarə olunmalıdır” deyə Qevin Nyusom X sosial şəbəkəsində yazıb.
Kaliforniya səlahiyyətlilərinin San-Fransisko Federal Dairə Məhkəməsinə təqdim etdiyi şikayətin özündə Ağ Evin Milli Qvardiyanın səfərbər edilməsi qərarının ştatın suverenliyini pozduğu bildirilir. Donald Trampın istifadə etdiyi qoşunların yerləşdirilməsi ilə bağlı qanun qiyam zamanı tətbiq oluna bilər. O, həmçinin prezidenti ştata Milli Qvardiyanın yerləşdirilməsi üçün qubernatorun dəstəyini almağa məcbur edir.

Xatırladaq ki, Los-Ancelesdə Ağ Evin immiqrasiya siyasətinə qarşı etirazlar keçirilir. Etirazlar iğtişaşlarla müşayiət olunur. İyunun 8-də Donald Tramp ştata Milli Qvardiyanın 2000 əsgərini yerləşdirib. İyunun 9-da Pentaqon da Los-Ancelesə 700 dəniz piyadasını göndərəcəyini açıqlamışdı. Qevin Nyusomun məlumatına görə, iyunun 9-da prezident administrasiyası şəhərə əlavə olaraq 2000 Milli Qvardiya hərbçisi göndərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
105
50
editor.az

10Mənbələr