AZ

Ən ehtiraslı 5 bürc

Astroloqlar illərdir bürclərin insan davranışlarına təsirini araşdırır. Son dövrlərdə aparılan sorğular və statistikalar göstərir ki, bəzi bürclər digərlərinə nisbətən münasibətlərdə daha çox xəyanət etməyə meyllidir. Səbəblər isə müxtəlifdir: bəziləri emosional sabitlik axtarır, digərləri isə sadəcə macəra sevərlikləri ilə seçilirlər.

Yenisabah.az metbuat.az-a istinadla xəbər verir ki, araşdırmalara görə, ən çox xəyanət edən 5 bürc bunlardır:

Əqrəb - Ehtiraslı və sirli olduqları qədər də riskli ola bilərlər. Emosiyalarını gizlətsələr də, gizli münasibətlərə meyillidirlər.

Əkizlər - Dəyişkən təbiətləri ilə tanınan bu bürc sahibləri tez darıxırlar və yeni təcrübələrə açıqdırlar.

Oxatan - Azadlığına düşkün olan Oxatanlar bəzən münasibətlərdə özlərini sıxılmış hiss edib yeni axtarışlara çıxırlar.

Dolça - Ağıllı və azadfikirli Dolçalar üçün emosional bağlılıqdan çox intellektual uyğunluq önəmlidir.

Qoç - Cəsur və impulsiv olduqları üçün bəzən nəticələrini düşünmədən hərəkət edə bilirlər.


Telegram kanalımız
Seçilən
138
13
yenisabah.az

10Mənbələr