Hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəməsi başlayıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı vəsatət verərək bildirib ki, iş materialları ilə tanış olmayıb. O, buna görə də məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Proses iyulun 10-a təxirə salınıb.
Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"