AZ

Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Gəncə–Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1970-ci il təvəllüdlü N.Musayeva və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
50
anews.az

10Mənbələr