AZ

Göygöldə avtomobil ağaca çırpılıb: xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, qəza Gəncə–Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 
Nəticədə 1970-ci il təvəllüdlü N. Musayeva və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
143
50
moderator.az

10Mənbələr