Tramp daha əvvəl Truth Social platformasında etdiyi paylaşımda Rusiyanın Ukraynanın 13 bölgəsinə endirdiyi hücum nəticəsində 12 nəfərin öldüyü, 60-dan çox insanın yaralandığı hadisəyə görə Putini sərt şəkildə tənqid edib.
"Putinlə hər zaman yaxşı münasibətim olub, amma ona nəsə olub - tamamilə dəli kimi davranır! Sadəcə hərbçilər deyil, çox sayda insanı öldürür. Ukrayna şəhərlərinə səbəbsiz raketlər və pilotsuz uçuş aparatları atılır. Mən əvvəlcə demişdim ki, Putin yalnız Ukraynanın bir hissəsini deyil, bütün Ukraynanı ələ keçirmək istəyir. Əgər bunu etsə, bu, Rusiyanın çöküşü ilə nəticələnəcək," - deyə Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, "Putin ölkəsinə xeyir gətirmir" və Ukrayna Prezidenti Volodimir Zelenski haqqında da sərt ifadələr işlədərək, "Onun dediyi hər şey problem yaradır. Mən Prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu savaş Trampla yox, Zelenski, Putin və Bayden arasındadır," - deyə fikirlərini tamamlayıb.