AZ

Rusiya-Tramp arasında gərginlik

BAKI, TurkicWorld

“Üçüncü dünya müharibəsi baş verə bilər.”

TurkicWorld xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamasına sərt reaksiya verib və mümkün üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib.

Medvedev bu fikirləri sosial media hesabında paylaşıb. O, Trampın "Rusiyanın başına daha pis şeylər gələ bilər" və "Putin odla oynayır" ifadələrini şərh edərək, “Mən bilirəm ki, həqiqətən də pis bir şey ola bilər və bu, üçüncü dünya müharibəsidir. Ümid edirəm ki, Tramp bunu anlayar” - deyə o qeyd edib.

Xatırladaq ki, Tramp bir gün öncə Truth Social platformasında paylaşdığı bəyanatda “Vladimir Putinin dərk etmədiyi budur – mən olmasaydım, çoxdan Rusiyanın başına çox pis şeylər gələrdi. Həqiqətən pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!” - deyə qeyd etmişdi.

Qeyd edək ki, Tramp bundan əvvəl də Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının ləng getməsindən narazılığını ifadə etmiş və Rusiya rəhbərliyinin prosesə qeyri-ciddi yanaşdığını bildirib.

Seçilən
40
50
turkic.world

10Mənbələr