AZ

Türkiyədə iranlı repçinin evində axtarış APARILDI

Türkiyə polisi bu ölkədə yaşayan iranlı repçi Əmir Məqsudinin (Tətəlu) evində axtarış aparıb.

News24.az xəbər verir ki,  axtarış əməliyyatı repçinin yaşadığı evdə yeniyetmə qızlara qarşı cinsi zorakılıq etməsi barədə məlumat və videoların yayılmasından sonra baş verib.

Bu barədə məlumatın yayılmasından sonra başqa iranlı sənətçi Səhər Qoreyşi və başqaları Əmir Tətəlunun əxlaqsız əməllərini təsdiq edən videolarını paylaşıblar.

Qeyd edək ki, hazırda Türkiyədə yaşayan iranlı repçinin azyaşlı qızlara qarşı cinsi zorakılıqları ilə bağlı hərəkətlərinə görə Türkiyə istisna olmaqla Avropa və İranla qonşu ölkələrə girişinə qadağa qoyulub.

Aynurə


Seçilən
579
1
news24.az

10Mənbələr