AZ

MİT PKK-nın daha bir "rəhbər şəxs"ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında gerçəkləşdirilib.

 

Əməliyyat çərçivəsində PKK terror təşkilatının qırmızı kateqoriya üzrə axtarışda olan "rəhbər şəxs"lərindən biri - silah təminatçısı Fahrettin Tolun zərərsizləşdirilib.

 

Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Seçilən
269
4
modern.az

10Mənbələr