Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Süleymaniyyədə terror təşkilatı PKK/KCK adına xərac toplayan və personalla təmin edən “yüksək rütbəli”lərdən olan Ciyan Mardin kod adlı Gülsüme Doğanı zərərsizləşdirib.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT İraqın şimalında PKK/KCK terror təşkilatına qarşı fəaliyyətini davam etdirir.
Terrorçu Doğanın aldığı təlimatlarla bölgə əhalisindən vergi adı altında zorla aldığı pulları təhlükəsizlik qüvvələrinə qarşı hücum fəaliyyətlərində istifadə etdiyi və təşkilata maddi-texniki dəstək verdiyi müəyyən edilib.
MİT İraqın Süleymaniyyə şəhəri və ətraf şəhərlərdə PKK/KCK-nın “yüksək rütbəlisi” kimi fəaliyyət göstərən Ciyan Mardin kod adlı Gülsüme Doğanı əməliyyatla zərərsizləşdirib.

İlahə Əliyeva