ABŞ bir neçə ölkəyə yeni səfirlər təyin etməyə hazırlaşır.
APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, bu ölkələrin arasında Azərbaycan da var.
Belə ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Oldenin namizədliyi irəli sürülüb.
Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.