ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ bir neçə ölkəyə yeni səfirlər təyin etməyə hazırlaşır.
APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, bu ölkələrin arasında Azərbaycan da var.
Belə ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Aldenin namizədliyini irəli sürüb.
Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.