RU

Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək

Xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçilənlərin 75%-i magistratura, 25%-i isə bakalavriat üzrə təhsil alacaq.

O qeyd edib ki, bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr də bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilər.

Onun sözlərinə görə, dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək.

Избранный
173
7
ikisahil.az

10Источники