RU

Soyuqda papaqsız gəzmək hansı sağlamlıq problemlərinə səbəb ola bilər?

Həkim soyuq havada papaqdan kimin və niyə imtina edə biləcəyini izah etdi.


Aztibb.az glas.ru-ya istinadən xəbər verir ki, terapevt Svetlana Burnatskayanın sözlərinə görə, başın hipotermiyası insan üçün bir çox ciddi xəstəliklərlə nəticələnə bilər, çünki bədən adətən soyuqlara reaksiya verir.


Payız və qış aylarında papaqsız gəzmək vərdişi bəzi insanlar üçün xüsusi problem yaratmasa da, bəziləri üçün müxtəlif xəstəliklərlə nəticələnə bilər.


Mütəxəssisin fikrincə, orqanizm hipotermiyaya boyunda, baş toxumalarında və dəridə təzahürlərlə reaksiya verə bilir. Soyuqdan damar və venoz spazmlar əmələ gələ bilər.


Həkimin izah etdiyi kimi, orqanlar həddindən artıq soyuyanda bir-birinin ardınca ağrımağa başlayırlar. Bu səbəbdən həkim soyuq havalarda papaq taxmağı tövsiyə edir.


Başın hipotermi səbəbiylə bir adamda sinüzit, faringit, otitis media və ya osteoxondroz inkişaf edə bilər. Buna görə həkim soyuqda diqqətlə geyinməyi məsləhət görüb.

Избранный
656
40
aztibb.az

10Источники