RU

İordaniya Qәzzadakı 209 vәtәndaşını tәxliyә edib

İordaniya İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağındakı 569 iordaniyalıdan 209-nun təxliyə edildiyini açıqlayıb.

İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İordaniya Qəzza zolağında yaşayan vətəndaşlarının ən qısa zamanda təxliyəsi üçün çalışır.

Açıqlamaya görə, Xarici İşlər Nazirliyində qeydiyyatda olan və Qəzzada yaşayan iordaniyalıların sayı 569 nəfərdir. Onlardan 209-u Rəfah sərhəd-keçid məntəqəsindən Qahirəyə təxliyə edilib, 53-ü isə İordaniyaya çatıb.

Qeyd edək ki, İordaniya noyabrın 1-dən Misir vasitəsilə Qəzzadakı vətəndaşlarını təxliyə etməyə başladığını açıqlayıb.

''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb. 

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 315-i əsgər olmaqla 1400 israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.

İsrailin verdiyi məlumatda 31 oktyabrdan bəri Qəzza zolağında baş verən qarşıdurmalarda ölən əsgərlərin sayının 30-a yüksəldiyi, Qəssam Briqadalarının əlində 242 israilli girovun olduğu və işğal altındakı İordan çayının qərb sahilində bir İsrail əsgərinin də həlak olduğu bildirilib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 4237-si uşaq və 2719-u qadın olmaqla 10328 fələstinlinin həlak olduğunu, azı 25000 min adamın da yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 163 fələstinli ölüb.

Qəzzada minlərlə yaralı və mülki vətəndaşın olduğu, ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasını da hədəfə alan İsrail ordusunun Əl-Əhli Baptist və Türkiye-Fələstin Dostluq xəstəxanalarını vurduğu və Fələstin Qızıl Aypara Cəmiyyətinə tabe olan Qüds və İndoneziya xəstəxanalarını bombaladığı bildirilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.



Избранный
478
12
trt.net.tr

10Источники