RU

Fransa Nigeriyadan qaçırılan 150 milyon dolları geri qaytaracaq

Fransanın keçmiş prezidenti general Sani Abaçanın dövründə Nigeriyadan xaricə qaçaqmalçılıq yolu ilə gətirilən 150 milyon dolları geri qaytaracağı bildirilir.

Nigeriya prezidenti Bola Əhməd Tinubunun xüsusi müşaviri Ajuri Ngelalenin verdiyi yazılı açıqlamaya görə, Tinubu və Fransa xarici işlər naziri Ketrin Kolonna (Catherine Colonna) paytaxt Abucada bir araya gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, K.Kolonna görüşdə Tinubuya Abaça dövründə xaricə qaçaq yolla gətirilən 150 milyon dolları Nigeriyaya qaytaracaqlarını bildirib.

Fransanın xarici işlər naziri qrant şəklində ölkəyə qaytarılacaq pulların hara yatırılacağı ilə bağlı Nigeriya hökuməti ilə tezliklə danışıqlara başlanacağını söyləyib.

B.Ə.Tinubu qarşılığında deyib: "Nigeriyanın pullarının qaytarılmasında səmərəli əməkdaşlığınız üçün sizə təşəkkür edirik. Bu pul bizim inkişaf məqsədlərimizə nail olmaq üçün ağıllı şəkildə istifadə olunacaq".

Qeyd edək ki, Nigeriyanın o vaxtkı prezidenti general Sani Abaçanın 1993-1998-ci illər arasında xaricə qaçırdığı pulların böyük bir hissəsi Qərb banklarında saxlanılır. O, 5 illik hakimiyyəti dövründə xalqdan ən azı 2 milyard dollar oğurlamaqda təqsirləndirilib. 1993-cü il noyabrın 17-də hərbi çevrilişlə hakimiyyətə gələn Abaça ölkənin ən korrupsioner başçısı kimi tanınır. Hakimiyyəti dövründə çox insanın haqlarının pozulmasında ittiham olunan Sani Abaça “Afrikanın ən acgöz diktatoru” deyiblər. O, 1998-ci il iyunun 8-də prezident sarayında ürək tutmasından ölüb.

Избранный
764
43
sia.az

10Источники