AZ

İtaliya "Airbnb"nib 779 milyon avrosunu müsadirə etdi


2017-2021-ci illər ərzində rəhbər vəzifələrdə çalışmış 3 nəfərə qarşı davam edən istintaq çərçivəsində Airbnb-nin 'vergidən yayınma' ittihamı ilə 779 milyon avro pulunun ələ keçirildiyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, İtaliyada qısa müddətli mənzil kirayəsi şirkəti Airbnb-nin 779 milyon avroluq pulu vergidən yayınma səbəbi ilə ələ keçirilib. Milan Prokurorluğunun başlatdığı araşdırmada şirkətin İrlandiyadakı Avropa mərkəzinin 2017-2021-ci illər arasında 3,7 milyard avro gəlirdən 21 faiz vergi ödəmədiyi iddia edilir. İstintaq çərçivəsində dünən maliyyə polisinin şirkətin 779 milyon avro pulunu müsadirə etdiyi açıqlanıb.

7NEWS.az
Seçilən
863
43
7news.az

10Mənbələr