RU

“Hizbullah” lideri geniş miqyaslı müharibə vəd edir

“Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalı” realdır. Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq istəyənlər “Qəzza zolağında müharibəni dərhal dayandırmalıdırlar”.

Editor.az bildirir ki, bunu Livan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə çıxışı zamanı deyib. O, qeyd edib ki, “Hizbullah” Qəzzada atəşkəsə nail olmaqdan əlavə, Fələstinin HƏMAS hərəkatının qələbəsini zəruri məqsəd hesab edir. Nəsrullahın sözlərinə görə, oktyabrın 7-də İsrailə hücum əməliyyatı tamamilə HƏMAS tərəfindən planlaşdırılıb, yaraqlıların müttəfiqlərinin bu planlardan xəbəri yoxdur. Hizbullah lideri qeyd edib ki, hərəkat Livanla sərhəddə İsraillə döyüşür və bununla da SAXAL qüvvələrini Qəzzadan uzaqlaşdırır.

Həsən Nəsrullahın istinad etdiyi məlumatlara görə, təxminən 57 “Hizbullah” döyüşçüsü öldürülüb. O əlavə edib ki, İsrail hakimiyyəti Livandan gələn hücumlara görə ölkənin şimalındakı 43 yəhudi yaşayış məntəqəsini boşaltmalı olub. Noyabrın 1-də “New York Times” öz mənbələrinə istinadən yazıb ki, HƏMAS yaraqlıları məhv edilərsə və ya çıxılmaz vəziyyətə düşərsə, “Hizbullah” Fələstin-İsrail münaqişəsinə girəcək. Mənbələr bildiriblər ki, “Hizbullah” eskalasiyanın qarşısını almaq üçün İsrail daxilində hücumların gücünü məhdudlaşdırır. Bundan az əvvəl “The Washington Post” yazıb ki, Livan hökuməti “Hizbullah”ın İsraillə HƏMAS arasında müharibədə iştirakına qarşıdır. Mənbələrin məlumatına görə, hökumət bu məsələ ilə bağlı “Hizbullah” liderləri ilə danışıqlar aparır.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!
Избранный
583
44
editor.az

10Источники