NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın “Hizbullah” şiə hərəkatının baş katibi Həsən Nəsrullah İsraillə genişmiqyaslı müharibə ehtimalını real adlandırıb. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Bu cəbhənin daha da eskalasiyaya və ya genişmiqyaslı müharibəyə keçməsi ehtimalı ilə bağlı narahatlıq var. Bu ehtimal realdır, ola bilər”, – baş katib bildirib.
O, həmçinin İsraili “bütün bunları nəzərə almağa” çağırıb.
Noyabrın 3-də Livanın Hizbullah partiyasının baş katibi Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib.
Livan səlahiyyətliləri daha əvvəl müharibəyə girmək istəmədiklərini vurğulamışdılar. Ölkənin baş naziri Nəcib Mikati Livan döyüşlərə başlayacağı təqdirdə Yaxın Şərqin xaosa qərq olacağını bildirib.