Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Spprt24.az xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.
"Qarabağ" 191,25 xal 39-cu yerdə qərarlaşıb. Ağdamlılar ötən ayla müqayisədə 14 pillə irəliləyib.
"Zirə" 62,25 xalla 361-ci, "Sabah" 60,75 xalla 379-cu, aktivində 59,25 xal olan "Neftçi" isə 397-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта