RU

İlham Əliyevlə Paşinyanın Brüssel görüşü ləğv olundu

"Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək". 

Cebhe.info xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. 

Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər. 

Qaranadada birgə görüş baş tutmayandan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və dəvəti ilə İ.Əliyevlə N.Paşinyanın oktyabrın sonunda Brüsseldə görüşünün keçirilməsi razılaşdırılmışdı. 

Şarl Mişel “France-Presse”ə açıqlamasında demişdib ki, oktyabrın sonunda Avropa İttifaqının ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb:

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”.

Cebhe.info 

Избранный
201
1
cebheinfo.az

10Источники