Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziriNikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişelin Brüsselformatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi,çox güman ki, ayın sonunda baş tutmayacaq.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Aİ-nin xüsusinümayəndəsinin mətbuat katibi Henri Dukenn deyib.
"Azərbaycan və Ermənistan son bir neçə həftə ərzində sülhdanışıqlarına, xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelinrəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildəbəyan ediblər. Biz indi Azərbaycan və Ermənistan ilə növbətiSammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk vəgözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlərən erkən fürsətdə görüşəcəklər", - deyə bildirilib.