RU

Nigerdə yaraqlıların hücumu zamanı onlarla insan həlak olub, matəm elan edilib

Nigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.

Bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, hadisə Tillaberi regionunda Tera departamentində baş verib. Silahlı terror qruplaşması tərəfindən törədilən hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir.

Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib

Избранный
239
50
azerforum.com

10Источники