RU

Cəlilabadda qəzada xəsarət alanların SON DURUMU

06.06.2024-cü il tarixində saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1-i kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlıumata görə, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

"Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.


Избранный
250
23
news365.az

10Источники