RU

Sabah Rusiya-Azərbaycan biznes-dialoqu keçiriləcək

Bakı. Trend:

İyunun 5-dən 8-dək Sankt-Peterburqda keçiriləcək PeterburqBeynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində Rusiya iləAzərbaycan arasında biznes dialoqu baş tutacaq.

Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsiperspektivləri müzakirə olunacaq.

Bildirilib ki, əsas diqqət ticarət və investisiya əlaqələrinin,o cümlədən, kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika vəbankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinəyönəldiləcək.

Tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev,Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk,Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev,Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiyaxarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Baytarlıq vəFitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert,Rusiya Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin vəAzərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarəHeyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.

Tədbirdə, həmçinin, “Dubay-Bakı: enerjidən maliyyəyə” panelsessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29 müzakirə olunacaq.

Избранный
182
9
az.trend.az

9Источники