RU

Britaniya bu ölkəyə xəbərdarlıq etdi: İsrail hücum edəcək!

Son günlər Beyruta İsrailin mümkün hücumu ilə bağlı təhdidləri ehtiva edən diplomatik mesajlar gəlir.
BUTA.TV xəbər verir ki, bu barədə Hizbullaha yaxın Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb. Məlumata görə, dünyanın müxtəlif ölkələrindən olan əksər diplomatik nümayəndələr İsrail təhlükəsinin ciddiliyindən narahat olduqlarını bildiriblər:

“Ən ciddi xəbərdarlıq Britaniya tərəfdən gəlib. Bu da İsrailin iyunun ortalarında hücum edə biləcəyini göstərir. İngilislər də müddəti və miqyası məlum olmayan müharibəyə hazırlaşmağı məsləhət görüblər”.

Избранный
205
11
buta.tv

10Источники