Rusiyalı aktrisa, müğənni-aparıcı Nastya Zadorojnaya yaradıcılıq karyerasını başa vurduğunu elan edib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, hazırda könüllü olaraq heyvanlara qulluq etdiyini açıqlayıb:
"2023-cü ildə mənə nələr olur? Artıq müğənni və ya aktrisa deyiləm. Kiçik qardaşlarımızın maraqlarını təmsil edirəm, könüllüyəm. Mərkəzi kanalda heyvanlara həsr olunmuş layihəyə rəhbərlik edirəm. Mən xoşbəxtəm və sevilirəm".
BiG.Az