RU

Türkiyə ilə insan hüquqları sahəsində əməkdaşlıq davamlıdır

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.
Görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azad­lıqlarının səmərəli müdafiəsinə yönəl­miş davamlı islahatlar barədə söhbət açılıb.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi, insan hüquq və azadlıqlarının müda­fiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imza­lanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əmək­daşlığın inkişafına töhfə verdiyi bildiri­lib.
Görüşdə Azərbaycan–Türkiyə qar­şılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində in­kişaf perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.
XQ

Избранный
168
30
xalqqazeti.az

10Источники