
Pekin, 22 aprel, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Hələlik raketin dəqiq növü və uçuş detalları barədə informasiya yoxdur.
Yaponiyanın Müdafiə Nazirliyi də KXDR-in buraxdığı raketin ballistik ola biləcəyini bəyan edib.
Qeyd edək ki, bu, Şimali Koreyanın cari ildə 4-cü ballistik raket sınağıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin