Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Publika.az xəbər verir ki, raketin xarakteristikası və uçuş detalları barədə hələ məlumat yoxdur. Bu, Şimali Koreyanın cari ildə 3-cü ballistik raket sınağıdır.
Yaponiya hökuməti Şimali Koreyanın buraxdığı raketin Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb.